
BAKI, 8 iyun. TELEQRAF
TikToker Habi Leym ABŞ-də viza pozuntusuna görə saxlanılıb.
Teleqraf "AFP"yə istinadən xəbər verir ki, ABŞ İmmiqrasiya İdarəsi TikToker Habi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.
Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ni tərk etməyə icazə verilib.
İtaliyalı bloger Leym 162 milyondan çox abunəçi ilə "Youtube"də birinci yerdədir.