BAKI, 22 noyabr. TELEQRAF

İspaniya La Liqasının 13-cü turunda “Real Madrid” “Selta”nı 2:1 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşmada hesabı 6-cı dəqiqədə qonaq komandanın futbolçusu Pablo Duran açıb.

Matçın 38-ci dəqiqəsində “Real Madrid”in hücumçusu Kilian Mbappe penaltidən yararlana bilməyib. İlk hissə “Selta”nın minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissədə hesabı bərabərləşdirməyi bacaran Madrid təmsilçisi 66-cı dəqiqədə Cud Bellinqemin qolu ilə tarazlığı bərpa edib. Görüşün 85-ci dəqiqəsində isə Karlos Espi fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran “Real Madrid” turnir cədvəlinin lideri “Barselona” ilə eyni göstəriciyə malik olub. Kataloniya təmsilçisi bu gün doğma meydanda “Vilyareal”ı qəbul edəcək.