BAKI, 22 noyabr. TELEQRAF
Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında yekun saziş layihəsi təqdim olunub. Konfransın prezidenti Murat Kurum sənədin bütün tərəflər tərəfindən qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, yeni layihədə fosil yanacaqlarla bağlı narahatlıqların və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün maliyyə dəstəyinin nəzərə alındığı qeyd olunub.
Danışıqlar nəzərdə tutulan müddəti aşaraq bazar gününədək davam edib. Sazişin təsdiqi üçün iclasın bazar günü səhər keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, COP31 temperatur artımının 1,5 dərəcə selsi həddini aşacağı barədə xəbərdarlıqdan sonra keçirilən ilk iqlim konfransıdır. Bu həddin aşılması ekstremal hava hadisələrinin güclənməsi riskini artırır.