BAKI, 22 noyabr. TELEQRAF

Noyabrın 20-də İspaniyanın Barselona şəhərində yerləşən Abat Oliba CEU Universitetində ölkədə ilk dəfə Azərbaycanşünaslıq üzrə magistratura proqramının rəsmi açılışı olub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru və digər qonaqlar çıxış ediblər, həmçinin Anlaşma Memorandumu imzalanıb.

Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan-İspaniya akademik əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə biliklərin təşviqi, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir.