BAKI, 22 noyabr. TELEQRAF

İndoneziyanın Çikande sənaye rayonunda yerləşən qənnadı fabrikində baş verən yanğın nəticəsində 43 işçi itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Bildirilib ki, yanğın “PT Fonusa Agung Mulia” şirkətinə məxsus fabrikdə başlayıb və istehsalat binalarından birini əhatə edib.

Hadisə zamanı 16 əməkdaş xilas edilib. Onlardan üçü xəstəxanaya yerləşdirilib, digər 43 işçinin isə taleyi hələlik məlum deyil.

Yanğının söndürülməsi və itkin düşənlərin axtarışı istiqamətində əməliyyatlar davam etdirilir.