CƏLİLABAD, 22 noyabr. TELEQRAF
Cəlilabad rayonunda avtomobilin vurduğu piyada xəstəxanaya çatdırılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
1956-cı il təvəllüdlü Nadir Əmənov yolu keçərkən “Ford Transit” markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.