BAKI, 22 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, turun son günündə iki oyun baş tutacaq.

Günün ilk matçında “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Hazırda Naxçıvan klubu 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Aktivində 24 xal olan “ağ-qaralar” isə ikinci yerdədir.

Turun son oyununda isə “Kəpəz” “Qarabağ”la üz-üzə gələcək. Qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.

Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” 19 xalla turnir cədvəlinin beşinci, Azər Məmmədovun rəhbərlik etdiyi “Kəpəz” isə 17 xalla altıncı pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən “İmişli” – “Zirə” matçında (2:2) qalib müəyyənləşməyib. “Sumqayıt” evdə “Sabah”a (1:5), “Şamaxı” “Turan Tovuz”a (0:2), “Şəfa” isə “Qəbələ”yə (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
XII tur
22 noyabr

14:30. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.

VAR: Fərid Hacıyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Şamaxı şəhər stadionu.

17:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.

VAR: Əkbər Əhmədov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Gəncə şəhər stadionu.