BAKI, 22 noyabr. TELEQRAF

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-prisinin qalibi olub.

Teleqraf xəbər verir ki, ikinci yeri "McLaren"in britaniyalı sürücüsü Lando Norris tutub.

İlk üçlüyü onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi noyabrın 27–29-da Qətərdə keçiriləcək.