BAKI, 22 noyabr. TELEQRAF
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib.
Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanja teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri vilayətin beş rayonuna pilotsuz uçuş aparatları (PUA) və aviabomba ilə 10-dan çox hücum həyata keçirib. Zərbələr nəticəsində Samarivski rayonunda yanğın baş verib, Nikopol, Krivoy Roq rayonlarında və Kamyanske şəhərində infrastruktur obyektləri zədələnib. Sinelnikove rayonu da atəşə tutulub.
Xatırladaq ki, Rusiya ordusu noyabrın 21-də Dnepropetrovsk vilayətinin altı rayonuna təxminən 30 dəfə hücum edib, nəticədə 5 mülki şəxs yaralanıb.