BAKI, 21 noyabr. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.
Teleqraf xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
Bakıda təşkil olunan UFC turniri azərbaycanlı döyüşçülərin beynəlxalq arenada tanınması və dünyanın ən nüfuzlu MMA təşkilatında irəliləməsi baxımından mühüm təkan olub.