BAKI, 15 oktyabr. TELEQRAF

Genq Xuanyi adlı çinli oğlan Rubik kubunu 2,51 saniyəyə həll edərək yeni rekord müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar" Kitabının saytında məlumat verilib.

Rekord 2026-cı ildə Quançjouda keçirilən Quançjou Qrand Açıq Turnirində qeydə alınıb. Yarış zamanı 2026-cı ildə Polşalı Teodor Zayderin qoyduğu 2,76 saniyəlik əvvəlki rekord qırılıb.