BAKI, 22 noyabr. TELEQRAF

Cənubi Koreya Prezidenti Li Çje Myon dövlət buraxılış imtahanlarında süni intellekt vasitəsilə köçürmə hallarına qarşı vaxtında hazırlıq görülməməsi ilə bağlı ictimai narazılıq fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkə başçısının administrasiyası məlumat yayıb.

Bildirilib ki, nazir vəzifəsindən getmək istədiyini açıqlayıb və prezident onun müraciətini təsdiqləyib. Dövlət başçısı Baş nazir Xan Son Suka imtahanlarda ədalətli qiymətləndirməni təmin edəcək tədbirlər hazırlamağı tapşırıb.

Qeyd edək ki, noyabrın 19-da Cənubi Koreyada təxminən 500 min məzunun qatıldığı vahid dövlət imtahanı keçirilib. Gizli kamera və "ağıllı" eynəklərin qarşısını almaq üçün şagirdlərin eynəkləri yoxlanılıb, geyimlərinin düymələri yapışqanlı lentlə bağlanıb. Telefon keçirənləri aşkarlamaq üçün isə təbii fəlakətlər zamanı göndərilən və səssiz rejimdə belə işə düşən kütləvi xəbərdarlıq siqnallarından istifadə olunub. Nəticədə elektron cihazlarla 111 köçürmə cəhdi qeydə alınıb.