BAKI, 21 noyabr. TELEQRAF

Şənbə günü axşam İranın şərqindəki Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri yaxınlığında dəniz sahilində güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Ehtimal olunur ki, partlayış səsi gəmilərin minaya düşməsindən gəlib.

Son üç gündə Hörmüz boğazında ən azı 12 gəmi dəniz minalarına düşüb.