BAKI, 22 noyabr. TELEQRAF
Dünyada optik lifli kabellərin qiyməti yazdan bəri təxminən yeddi dəfə artıb. Bu bahalaşma Ukraynanın pilotsuz uçuş aparatları (PUA) istehsalçıları üçün maliyyə çətinlikləri yarada bilər.
Teleqraf "Financial Times" qəzetinə istinadən xəbər verir ki, qiymət artımı süni intellekt əsaslı məlumat mərkəzlərinin kütləvi tikintisi və Rusiya-Ukrayna müharibəsində naqilli PUA-lardan geniş istifadə ilə bağlıdır.
Nəşrin məlumatına görə, yazdan etibarən 1 kilometr optik lifin qiyməti 4 dollardan təxminən 30 dollara qalxıb. Bahalaşma və tədarük problemləri səbəbindən Ukraynadakı bəzi PUA istehsalçıları optik lifdən imtina edərək daha ucuz və etibarlı hesab etdikləri simsiz "Starlink" rabitə sisteminə keçirlər.