BAKI, 22 noyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi qulluqçularına amerikalı və kanadalı hərbçilər arasında qeyri-rəsmi ünsiyyətin məhdudlaşdırılması barədə xidməti göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti respublikaçı senator Mayk Raundsın istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq göstəriş bir neçə ay əvvəl hazırlanıb, bu yaxınlarda imzalanaraq qüvvəyə minib. Senator hesab edir ki, dəyişikliklər iki ölkənin hərbi qurumları arasında rəsmi əməkdaşlığa təsir göstərməyəcək, lakin ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi ünsiyyətini məhdudlaşdıracaq.
Nəşrin yazdığına görə, sözügedən qərar Donald Trampın Ağ Evə qayıtmasından sonra iki müttəfiq ölkə arasında münasibətlərin pisləşməsinin davam etdiyini göstərir.