BAKI, 22 noyabr. TELEQRAF
İtaliyanın Baş naziri Giorgi Meloni Ukrayna Prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən “İstəklilər koalisiyası”nın toplantısı çərçivəsində görüşdə italyanların “Mirotvorets” məlumat bazasına daxil edilməsini qəbuledilməz adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Meloni Zelenskiyə etirazını bildirərək, Salvini və digər İtaliya vətəndaşlarının bazaya daxil edilməsini yolverilməz hesab edib.
“Il Fatto Quotidiano”nun məlumatına görə, qalmaqal İtaliyanın Baş nazirinin müavini Matteo Salvininin və bir sıra italyan siyasətçilərin adlarının bazada yer alması ilə bağlıdır.
Qeyd edək ki, “Mirotvorets” saytı 2014-cü ildə yaradılıb və Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab edilən şəxslərin məlumatlarını dərc edir.