BAKI, 22 noyabr. TELEQRAF
Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Vladimir Zelenskinin ailəsinin onun prezidentliyindən şöhrət və sərvət əldə etmək üçün istifadə etdiyini iddia edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Miroşnik bu barədə Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Olena Zelenska haqqında danışmağın qadağan edildiyinə dair bəyanatını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, Zelenski ailəsi prezidentliyə pul və şöhrət qazanmaq imkanı kimi baxıb, milyonlarla ukraynalının çəkdiyi əziyyətlər isə onları maraqlandırmayıb.