BAKI, 20 oktyabr. TELEQRAF

Yaponiya Marsın peyklərindən biri Fobosda nümunələr toplamaq üçün kosmik missiyaya start verib.

Teleqraf xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Oktyabrın 20-də göyərtəsində “Martian Moons eXploration” (MMX) kosmik aparatı Taneqasima kosmodromundan buraxılıb.

Buraxılışdan təxminən 1 saat 11 dəqiqə sonra kosmik aparat onu Marsa doğru aparan trayektoriyaya çıxıb.

MMX tarixdə Marsın peyki Fobosun səthinə enmək, oradan nümunələr toplamaq və onları Yer kürəsinə gətirmək üçün nəzərdə tutulmuş ilk kosmik aparatı olacaq.

Aparat Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanıb. Layihənin dəyəri 55,3 milyard yen (təxminən 350 milyon ABŞ dolları) təşkil edib.

MMX-in gələn ilin avqust ayında Marsın ətrafına çatacağı gözlənilir, üç il ərzində müşahidələr aparacaq və 2031-ci ildə topladığı nümunələrlə Yerə qayıdacaq.

JAXA ümid edir ki, missiya Marsın tədqiqi üçün zəruri texnologiyaların hazırlanmasına kömək edəcək, elmi müşahidələr və nümunələrin təhlili vasitəsilə isə planetin peyklərinin mənşəyinə aydınlıq gətirəcək.

Missiya əvvəlcə 2024-cü ilə planlaşdırılsa da, 2023-cü ildə ilk uçuş uğursuzluqla nəticələndikdən sonra buraxılış təxirə salınmışdı