BAKI, 22 noyabr. TELEQRAF
İtaliyanın “Yuventus” klubu Niderland millisinin üzvü Kennet Teyloru transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Hazırda İtaliyanın digər təmsilçisi “Latsio”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqası klublarının da diqqət mərkəzindədir.
Məlumata görə, Turin təmsilçisi futbolçunun transferi üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin “Yuventus” bu keçiddə tək deyil. İngiltərənin “Brentford”, “Bornmut” və “Nyukasl” klubları da niderlandlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Kennet Teylor 2026-2027 mövsümündə “Latsio”nun heyətində A Seriyasında 12 oyunda meydana çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.