BAKI, 5 iyun. TELEQRAF
Finlandiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Outi Saarinen səhvən heyətə 23 yaşlı Nanne Ruuskanenin əvəzinə 51 yaşlı Stina Ruuskaneni daxil edib.
Teleqraf “İlta-Sanomat” nəşrinə istinadən xəbər verir ki, çalışdırıcı sonradan heç bir düzəliş edə bilməyib və 23 yaşlı futbolçu yığmadan kənarda qalıb.
Finlandiyanın Serbiya ilə 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra baş məşqçi səhvinə görə üzr istəyib.
Təxminən 30 il əvvəl Finlandiya yığmasının heyətində iki oyun keçirən sabiq futbolçu qəribə hadisəni yumor hissi ilə qarşılayıb: “Çağırılsam, tam hazıram! Dünən həvəskarlar çempionatında daha bir oyun keçirdim... Yəni formadayam".