
BAKI, 5 iyun. TELEQRAF
Aşağı kalorili pəhrizdən sonra depressiya əlamətlərinin inkişaf ehtimalı artır.
Teleqraf xəbər verir ki, Toronto Universitetinin alimləri belə nəticəyə gəliblər. Araşdırmanın nəticələri “BMJ Nutrition Prevention & Health” jurnalında dərc olunub.
Tədqiqat 28 min könüllünün məlumatlarına əsaslanıb. Məlum olub ki, ciddi kalori məhdudiyyəti ilə pəhriz saxlayanlar psixoemosional pozğunluqlardan daha çox əziyyət çəkirlər.
Alimlərin fikrincə, yeni məlumatlar aşağı kalorili pəhrizin psixi sağlamlığı yaxşılaşdırdığını aşkar edən əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir. Real həyatda arıqlayanlar tez-tez psixo-emosional vəziyyətinə mənfi təsir göstərən vacib maddələrin çatışmazlığı ilə üzləşirlər.