
BAKI, 4 iyun. TELEQRAF
Rusiyalılar kütləvi şəkildə karton tabutlar almağa başlayıblar.
Teleqraf xəbər verir ki, söhbət yeni ekoloji trenddən gedir. Karton tabutlar torpaqda cəmi altı ay ərzində tam parçalanır, taxta tabutların çürüməsi üçün isə onlarla il vaxt tələb olunur.
"Qiymət 1500-6000 rubl (32-129 AZN) arasında dəyişir. "Lüks" nümunələrin qiyməti isə 200000 rubla (təxminən 4300 AZN) çatır", - məlumatda qeyd olunur.
Satıcıların sözlərinə görə, karton tabutlar 150 kq-dək yük daşıya bilir və kremasiya zamanı tez yanır.