BAKI, 3 iyun. TELEQRAF

Taylandda fil krallığın qərbindəki Pakçonq əyalətindəki yerli mağazaya girib, düyü krakerləri ilə dolu rəfləri "silib-süpürüb" və sakitcə çıxıb gedib.

Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.

Bildirilir ki, bu, Play Bianq Lek adlı filin ilk "cinayəti" deyil. Sonuncu dəfə o, Nakhonratçasima əyalətindəki bir restorana basqın edib.