
BAKI, 31 may. TELEQRAF
ABŞ-nin Vaşinqton ştatında arı yeşiklərini daşıyan yük maşını aşıb.
Teleqraf xəbər verir ki, nəticədə 250 milyon arı uçub.
"250 milyon arı yeşiklərini tərk edib. Qəza baş verən ərazidən uzaq durun, arılar sizi sanca bilər", - yerli polisin açıqlamasında qeyd olunur.
Hadisə yerində onlarla arıçı işləyir. Yolun qəza baş verən hissəsi ən azı mayın 31-i səhər saatlarına kimi bağlanacaq. Hadisənin baş vermə səbəbləri araşdırılır.