BAKI, 29 may. TELEQRAF
Rusiya alimləri Xəzər dənizinin şimal hissəsində yeni adanın yarandığını təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
Adanın görünməsinə səbəb Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi olub. Bu yaxınlarda alimlərin ekspedisiyası adanın sahillərinə çata bilsə də, pis hava şəraiti səbəbindən eniş baş tutmayıb.