BAKI, 20 may. TELEQRAF
16-21 yaşlı britaniyalıların 46 faizi gəncliyini internetsiz keçirməyə üstünlük verir.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri sosioloji araşdırmanın məlumatlarına istinadən yazıb.
Sosioloqlar müəyyən ediblər ki, 16-21 yaşlı gənclərin demək olar ki, 70 faizi sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özlərini pis hiss edirlər. Onların 50 faizi axşam saat 22:00-dan sonra müəyyən proqram və veb saytlara girişlərini məhdudlaşdıran “rəqəmsal komendant saatı”nı dəstəkləyir.
Tədqiqat iştirakçılarının 25 faizi sosial şəbəkələrdə gündə dörd saatdan çox vaxt keçirdiklərini etiraf edib. 42 faiz valideynlərə və qəyyumlara onlayn etdikləri barədə yalan danışdıqlarını söyləyib.
Respondentlərin 27 faizi internetdə özlərini tamamilə fərqli insanlar kimi göstərdiklərini bildiriblər. Araşdıma zamanı respondentlərin 40 faizinin diqqətdən yayınmaq üçün anonim adlardan istifadə etdiyi hesabının olduğu bəlli olub.
Araşdırma Böyük Britaniya hökumətinin bəzi sosial media platformalarının müəyyən vaxtlarda bağlanmasını məcburi etmək planlarını açıqladığı vaxta təsadüf edir.