BAKI, 20 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, Rusiya lideri idmanı yox, hüquq elmini seçməsi ilə bağlı xatirələrini bölüşüb.
Ölkə başçısı bildirib: “İdmanla məşğul olduğum üçün bəzi ali təhsil müəssisələri məni imtahansız qəbul edərdilər. Bu, daha asan yol idi. Məşqçim və ailəm də bir növ bunu istəyirdilər. Amma mən seçimimi başqa sahəyə etdim. Belə addım atmağım həmin vaxt olduqca çətin görünürdü. Valideynlərim seçimimə hörmətlə yanaşdılar, mənə mane olmadılar. Əksinə, məni dəstəklədilər. Həmişə belə olub. Bütün məsələlərdə onlar mənim xeyrimə seçim ediblər. Bunu heç vaxt unutmayacağam və onlara həmişə minnətdar olacam”.