BAKI, 16 may. TELEQRAF
Dövlət Dumasının idman komitəsinin sədr müavini Amir Xamitov (“Yeni insanlar” partiyası) müəssisə və dövlət qurumlarının işçiləri üçün iş vaxtı ərzində məcburi bədən tərbiyəsi fasilələrinin verilməsi təşəbbüsü ilə çıxış edib.
Teleqraf xəbər verir ki, deputat bu barədə Rusiya saytlarına bildirib.
O vurğulab ki, söhbət istənilən işçinin xüsusi avadanlıq tələb etmədən və iş prosesini pozmadan birbaşa öz iş masası arxasında yerinə yetirə biləcəyi sadə fiziki məşqlərdən gedir.
Deputatın qeyd etdiyi kimi, təşəbbüs iki əsas istiqaməti əhatə edir: təşkilatlar üçün departament tövsiyələri (Səhiyyə və Əmək Nazirliyinin iştirakı ilə) hazırlanmalı, eləcə də sistemin ölkənin ayrı-ayrı regionlarında tətbiqi üçün eksperimentlərə başlanılmalıdır.