MİNGƏÇEVİR, 15 may. TELEQRAF

Mingəçevirdə iri gövdəli ağac aşaraq nəqliyyat yolunu tamamilə bağlayıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Rəsul Rza küçəsinin M.Ə.Sabir küçəsilə kəsişdiyi hissədə baş verib.

İri ağacın qəfil aşaraq yolu bağlaması ərazidə nəqliyyatın hərəkətini iflic edib.

Əraziyə cəlb olunan Yaşıllaşdırma və Təmizlik İdarəsinin əməkdaşları fəsadları aradan qaldıraraq küçədə nəqliyyatın hərəkətini bərpa edib.