GÖYGÖL, 13 may. TELEQRAF

Göygöl rayonunun Topalhəsənli kəndində gündüz vaxtı canavar görünüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, kəndə qonaq gedən Ziya Məmmədov onu öz mobil telefonuna çəkib.

O deyib: "Canavarı görüb avtomobili saxladım. Təxminən 7-10 saniyə mənə baxdı. Daha sonra isə avtomobili yenidən işə saldığımı görüb oradan uzaqlaşdı".

Məlumat üçün bildirək ki, Göygölün Topalhəsənli kəndi əsasən sıx meşəlikdən ibarətdir. Həmin görüntüləri təqdim edirik.