BAKI, 29 aprel. TELEQRAF

"Rusiyanın Kursk vilayətinin Qornal kəndinin azad edilməsi zamanı müxtəlif ölkələrdən olan muzdlularla üz-üzə gəldik".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatına 22-ci motoatıcı alayın adı açıqlanmayan komandiri bildirib.

"Biz polyaklarla rastlaşdıq. Onları və ABŞ-dən olan muzdlu əsgərləri əsir götürdük. Həmçinin Türkiyədən gələn muzdlularla da qarşılaşdıq", -deyə rus komandir bildirib.

Aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi üzrə əməliyyatın başa çatması barədə hesabat verib .