BAKI, 28 aprel. TELEQRAF

Heç bir dinləyici Avstraliya radiostansiyalarından birinin altı ay süni intellekt (Sİ) tərəfindən idarə olunduğunun fərqinə varmayıb.

Teleqraf "Mash" teleqram kanalına istinadən xəbər verir ki, hər gün Sİ saat 09.00-dan 17.00-dək dinləyicilərlə əlaqə saxlayıb, diceylik edib, hətta viktorinalar da keçirirb.

Bu müddət ərzində insanlar onun robot olduğunu hiss etməyiblər.

Eksperiment həmkarlar ittifaqlarının kəskin tənqidinə və narahatlığına səbəb olub.