BAKI, 27 aprel. TELEQRAF
Rusiya işğal etdiyi Ukrayna ərazisində keşişlərə teleqram kanalları ilə iş bacarığı aşılanacaq.
Teleqraf "Mash" teleqram Kanalına istinadən xəbər verir ki, burada məqsəd din xadimlərini “qeyri-slavyan profilli “Feysbuk”dan” çəkindirməkdir.
Artıq maarifləndirici kurslar açılıb. Orada paylaşım etmək, şərhləri silmək, çat-botlar yaratmaq və spamla mübarizə kimi təlimlər keçiləcək.
Kurslar səmərə verəcəyi təqdirdə, sistemin bütünlükdə Rusiyada tətbiq ediləcəyi gözlənilir.