BAKI, 26 aprel. TELEQRAF
Fransa imperatoru I Napoleona (1769-1821) məxsus qılınc ilk dəfə hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Drouot” hərrac evinin məlumat yayıb.
1802-ci ildə Napoleon Fransa Respublikasının Birinci Konsulu olarkən Versal manufakturasının rəhbəri Nikolas-Noel Botedən "şəxsi istifadə üçün" qılınc sifariş edibmiş.
Hərrac evi vurğulayıb ki, Napoleon imperator taxtına oturduqdan sonra da bu silahı saxlayıb. O, taxtdan uzaqlaşdırıldıqdan sonra qılıncını ən yaxın silahdaşlarından birinə, marşal Emmanuel de Qruşiyə bağışlayıb. Silah 1815-ci ildən marşalın nəslindən olan şəxslərdə saxlanılır və ilk dəfə açıq hərraca çıxarılacaq.
Mütəxəssislər lotun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər.
Hərrac mayın 22-də Parisdəki “H tel Drouot” mehmanxanasında keçiriləcək.