BAKI, 22 noyabr. TELEQRAF

İngiltərənin "Liverpul", "Mançester Yunayted" və "Çelsi" klubları İtaliya "Atalanta"sının müdafiəçisi Corco Skalvinini transfer etmək istəyir.

Teleqraf "TEAMTalk" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 2027-ci il üçün bir neçə klubun transfer hədəfinə çevrilib.

"Atalanta" və İtaliya millisinin əsas heyət üzvünə çevrilən C.Skalvininin əvvəllər başqa kluba keçidi zədələr səbəbindən baş tutmayıb. Hazırda tam sağalan və yüksək səviyyəli oyunu ilə seçilən müdafiəçi yenidən İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzinə düşüb.