BAKI, 21 aprel. TELEQRAF

Rusiya Prezidenti Putin bildirib ki, onun braziliyalı həmkarı Luis İnasiu Lula ilə telefon danışığı düz beş dəfə kəsilib.

Teleqraf xəbər verir ki, prezident bunun texniki problemlərlə əlaqəli olduğunu deyib.

V.Putin bu barədə Rusiyanın bələdiyyə rəhbərləri ilə görüşdə söyləyib.

O deyib: "Elə indicə Braziliya prezidenti ilə danışırdım, telefon əlaqəsi düz beş dəfə kəsildi. Texniki problemlər vardı. Və bütün bunları yoluna qoymaq lazım idi, mən də oturub gözlədim, vəssalam. Danışırıq, dərhal da əlaqə kəsilir. Buna görə də qrafikdəki işləri dəyişməli olursan".

V.Putin bu sözləri öz qrafiki ilə bağlı danışarkən deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə sonradan Putinin yanlışlığa yol verdiyini bildirib.

Söhbət Braziliya prezidentindən yox, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposadan gedirmiş.