BAKI, 21 aprel. TELEQRAF
Rusiyanın Kamçatkada ərazisində Klyuçevskaya Sopka vulkanı püskürüb.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyinə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
Klyuçevskaya Sopka 4,5 min nəfərin yaşadığı Klyuçi kəndindən 30 km aralıda yerləşir. Yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur.