BAKI, 20 aprel. TELEQRAF
Rusiyanın Buryatiya bölgəsində Okinski və Barquzinski rayonlarında səmada uçan naməlum obyekt görünüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanallarında video yayılıb.
Məlumata görə, hadisə aprelin 20-də axşam saatlarında baş verib. Kadrlarda qaranlıq səmada parlaq parlayan obyekt görünür.