BAKI, 20 aprel. TELEQRAF
Ötən ilin yayında məşhurlaşan Dubay şokoladı ilə bağlı bum dünyada püstə qıtlığına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır.
Dubay şokoladı püstə içlikli şokolad və kadayıf xəmirindən ibarətdir. O, çoxsaylı blogger rəyləri sayəsində trendə çevrilib.
Qəzet yazır: "Dubay şokoladının populyarlığının sürətlə artması qlobal fıstıq tədarükü qıtlığına və qiymətlərin yüksəlməsinə səbəb olub".
Əsas püstə ixracatçısı ABŞ-də ötən il məhsul zəif olub, püstə ehtiyatı kəskin azalıb. Çatışmazlıq səbəbilə püstə ləpələrinin qiyməti 7,65 dollardan 10,30 dollara qədər bahalaşıb. Nəşr qeyd edir ki, bəzi mağazalar adambaşına düşən şokolad parçalarının sayına məhdudiyyətlər tətbiq etməyə məcburdur.