BAKI, 18 aprel. TELEQRAF
İsveçrənin "Rolex Daytona" saatı mayın 11-də Cenevrədə keçiriləcək hərracda ilkin qiyməti 1,6 milyon dollar olmaqla satışa çıxarılacaq.
Teleqraf xəbər verir ki, brilyant qaçlarla bəzədilmiş saat xüsusi sifarişlə yaradılıb.
Saat 1998-1999-cu illərdə məşhur kolleksiyaçı üçün yaradılmış dörd fərdi "Rolex" qol saatından biridir.
Kolleksiyaçının kimliyi hələ də sirr olaraq qalır, lakin bəziləri onun "Rolex"in keçmiş baş direktoru Patrik Heiniger olduğunu düşünür. Heiniger 2013-cü ildə Monakoda vəfat edib.
Saatın elan olunan ilkin qiymətdən daha baha satılacağı ehtimal edilir.