BAKI, 15 aprel. TELEQRAF

“Təmizlik işləri görmək, yemək bişirmək və evdə gəzmək kimi sadə fəaliyyətlər sağlamlığın qayğısına qalmağın vacib hissəsidir. Bütün gününü kompüter arxasında keçirən və sonra idman zalında məşqlə bunu kompensasiya edənlər üçün bu cür fəaliyyət çox vaxt səmərəsiz olur”.

Teleqraf xəbər verir ki, bu sözləri "kp.ru"ya kardioloq Nataliya Qavrilyuk deyib.

Rusiyalı mütəxəssis bildirib: “Gün ərzində hərəkətləriniz nə qədər müxtəlifdirsə, bir o qədər yaxşıdır. Kiçik bir mənzildə belə istifadə etməsi asan olan yığcam idman aksesuarları sizə ev işlərini məşqə çevirməyə kömək edəcək”.