
BAKI, 15 aprel. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens Amerika tələbələri arasında keçirilən futbol turnirinin çempionluq kubokunu əlindən yerə salaraq sındırıb.
Teleqraf xəbər verir ki, hadisə komanda Venslə şəkil çəkdirərkən baş verib.
Vitse-prezidentin idman kubokunu götürməsi və qəfil yerə salması mərasim iştirakçılarının böyük həyəcanına səbəb olub.
Nəticədə, Vens kubokun yalnız yuxarı hissəsini əlində saxlaya bilib.
ABŞ vitse-prezidenti sosial şəbəkədəki səhifəsində hadisəni yumoristik şəkildə şərh edib. O yazıb ki, Ohayo ştatının komandasından sonra kuboku heç kimin almasını istəməyib, ona görə də kuboku sındırmaq qərarına gəlib.