
BAKI, 13 aprel. TELEQRAF
ABŞ -nin Florida ştatında yaşayan qadın insan sümüklərini onlayn satmaqda ittiham olunaraq həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb .
İstintaq müəyyən edib ki, 52 yaşlı Kimberli Şopper bilərəkdən insan sümükləri alıb və sonra onları mağazasının qeydiyyatda olduğu onlayn platformada yenidən satıb.
Polis internet mağazanda körpücük sümüyü, fəqərə və qabırğa aşkar ediblər. Əzalar arasında qiyməti 600 dollar olan natamam bir insan kəlləsi var idi.
Məhkəmə-tibbi ekspertiza nəticəsində məlum olub ki, kəllə parçası böyük ehtimalla arxeoloji tapıntıdır və ekspertlərin fikrincə, 100 ildən çox yaşı var.
Alıcı da saxlanılıb, lakin bir gün sonra 7500 dollar girov müqabilində sərbəst buraxılıb.