
BAKI, 11 aprel. TELEQRAF
Yer kürəsində maqnit qasırğası davam edir. Bu vəziyyət həftənin sonuna qədər davam edəcək.
Teleqraf xəbər verir ki, geomaqnit qasırğasının pik nöqtəsi axşam saatlarında olub və insanların sağlamlığına mənfi təsir göstərib. Baş ağrısı, təzyiqin dəyişməsi, başgicəllənmə, ürək döyüntülərinin artması və nəfəs almaqda çətinlik yaradıb.
Maqnit qasırğasını rahat keçirmək üçün yuxu rejiminə əməl etmək, fiziki və emosional gərginlikdən uzaq durmaq, daha çox su içmək lazımdır.