
BAKI, 14 fevral. TELEQRAF
"Qarabağ"ın zədəli futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, 24 yaşlı müdafiəçi zədəsini sağaldaraq sıraya dönüb. O, Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" ilə səfər oyununda iştirak edə biləcək.
Ağdam təmsilçisinin digər zədəli futbolçusu Abbas Hüseynovun isə müalicəsi davam edir.
Qeyd edək ki, Toral Bayramov "Qarabağ"ın "Səbail"ə Azərbaycan Kubokunun ilk 1/4 final oyununda səfərdə 1:0 və Premyer Liqanın XXII turunda evdə 5:0 hesabı ilə qalib gəldiyi görüşləri buraxıb. Abbas Hüseynov isə "Səbail"ə qarşı kubok oyununda xəsarət alıb. Onun iki ayadək sıradan çıxdığı bildirilir.