BAKI, 11 mart. TELEQRAF

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Yığma B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.