
BAKI, 11 mart. TELEQRAF
“Kəpəz”in futbolçusu Şervoni Mabatşoev milliyə çağırılıb.
Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına dəvət alıb. Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq. Hər iki görüş paytaxt Düşənbədə keçiriləcək.
Qeyd edək ki, Belarus seçməsi martın 25-də Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.