BAKI, 11 mart. TELEQRAF

Ukrayna millisinin sabiq futbolçusu Denis Boyko karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, 37 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"İstisnasız olaraq, hər gün komandam və nəticələr əldə etmək üçün meydanda bütün gücümü vermişəm, ona görə də bu gün peşəkar karyeramı təmiz vicdanımla başa vurmaq imkanım var! Futbol mənim həyatımdır!” - deyə Boyko yazıb.

Qeyd edək ki, Denis Boyko "Dinamo Kiyev"in heyətində Ukrayna, "Beşiktaş"la isə Türkiyə çempionu olub. O, həmçinin vətənində "Dnepr", "Krivbas", MOİK, "Obolon", "Polesye" və İspaniyada "Malaqa" klublarında çıxış edib. Boyko Ukrayna yığmasının heyətində 7 oyunda iştirak edib.