
BAKI, 11 mart. TELEQRAF
“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Teleqraf xəbər verir ki, yubiley matçı Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib.
32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb.
Haqverdi Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, Höccət Haqverdinin debütü 2020/2021 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.