BAKI, 11 mart. TELEQRAF

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Hypers Guba" klubunun apellyasiya şikayətini qismən təmin edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Quba klubunun futbolçusu Ruslan Qurbanovun 4 oyunluq cəzası 2-yə endirilib.

34 yaşlı hücumçuya şərti olaraq, 3 ay sınaq müddəti təyin edilib. "Hypers Guba"ya təyin olunan 300 manatlıq cəza isə qüvvədə qalıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Ruslan Qurbanovu II Liqanın XIV turunda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün cəzalandırmışdı.